Şəhid Orxan Əsgərov dəfn edildi

Azərbaycanın İrandakı səfrilyinə edilən hücum nəticəsində şəhid olan Orxan Əsgərovun dəfn mərasimi baş tutub.

Metbuat.az xəbər verir ki, şəhid İkinci Fəxri xiyabanda dəfn edilib.

Xatırladaq ki, 27 yanvar tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərov qətlə yetirib. Daha 2 nəfər yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR