Klub rəhbəri vədini yerinə yetirəcək

İtaliyanın “Monza” futbol klubunun rəhbəri Silvio Berluskoni futbolçularına fahişələrlə dolu avtobus göndərəcək.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, A Seriyasının 20-ci turunun oyununda futbolçular Turinin “Juventus” komandasını 2:0 hesabı ilə məğlub ediblər. Məlum olub ki, Berluskoni 2022-ci ilin dekabrında "Yuventus"u məğlub edəcəkləri təqdirdə hədiyyə olaraq futbolçulara bir avtobus fahişə vəd edib. “Məndən öhdəlikləri yerinə yetirməyi tələb edirlər. Mənə yüzlərlə telefon zəngi gəldi”, - biznesmen deyib.

20 oyundan sonra “Monza” 25 xalla İtaliya çempionatının turnir cədvəlində 11-ci yerdədir. İtaliya Futbol Federasiyasının maliyyə fırıldaqlarına görə sanksiyalarından sonra "Yuventus" 23 xala malikdir və 13-cü yerdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR