Orxanın atası: "Şəhid olmazdan bir gün öncə danışdıq"

"O, sözün əsl mənasında vətənpəvər idi. Elə də öz xidməti vəzifəsini yerinə yetirərkən şəhid oldu".

Metbuat.az xəbər verir ki, bu sözləri şəhid Orxan Əsgərovun atası Rizvan əsgərov deyib. Danışmaqda çətinlik çəkdiyini deyən Rizvan Əsgərov oğlunun böyük arzuları olduğunu deyib:

"Mənim üçün danışmaq çətindir. O, sözün əsl mənasında vətənpəvər idi. Elə də öz xidməti vəzifəsini yerinə yetirərkən şəhid oldu. Mən də onunla qürur duyuram. Şəhid olmazdan bir gün öncə danışmışdıq. Ailəsi Bakıdadır, övladları burada məktəbə gedir. Onun böyük arzuları var idi. Həmişə övladlarının ali təhsilli olmasını arzulayırdı. Biz də onun arzuları üçün çalışırıq", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR