Türkiyənin məşhur müğənnisi Gülben Ergen cənubi azərbaycanlılara dəstək mesajı yayımlayıb.
Metbuat.az xəbər verir ki, o, tviter hesabında Xoyda baş verən zəlzələ səbəbindən evlərindən olan soydaşlarımıza kömək üçün hazır olduğunu bilidirib:
"Azərbaycan xalqına keçmiş olsun. Qardaşlarımızın bu soyuqda çəkdiyi ağrı və qorxunun təkrarı olmasın. Xoy zəlzələsi ilə bağlı kömək etmək üçün borcumu yerinə yetirməyə hazıram", - deyə o qeyd edib.
Müğənninin bu dəstəyinə cavab olaraq güneydəki azərbaycanlılar minntdarlıq mesajları yazıblar.
Xatırladaq ki, İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 900 nəfərdən çoxdur.