Pakistanın Peşavar şəhərində məsciddə baş verən partlayışda ölənlərin sayı 90 nəfərə çatıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 200 nəfər yaralanıb.
Qeyd olunub ki, polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı kamikadze partlayıcı qurğunu işə salıb. Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayı arta bilər.
Terrora görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı öz üzərinə götürüb.