İrana pilotsuz təyyarə zərbəsi “Mossad əməliyyat”ı idi -

“İrandakı müdafiə müəssisələrinə pilotsuz uçan aparatdan hücum Mossadın əməliyyatı zamanı həyata keçirilib” .

Metbuat.az xəbər verir ki, bu fikirləri nüfuzlu “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən xəbər verib.

Nəşr yazır ki, əməliyyatın təşkilatçıları məqsədlərinə çatıblar. Pilotsuz uçuş aparatı İranın mərkəzində İsfahanda yerləşən müdafiə nazirliyinin silah istehsalı müəssisəsinə hücum edib. Mənbələr qeyd edir ki, dəqiq zərbələr nəticəsində dörd fərqli bölgədə əhəmiyyətli binalar zədələnib. Peyk görüntülərinin araşdırması zamanı mühüm starteji obyektlərdən birinin dam örtüyü ciddi zərər görüb. Ümumiyyətlə nəşr “Mossad əməliyyatı”nı uğurlu qiymətləndirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR