Azərbaycanlı gənc NASA-nın saytında kibertəhlükənin qarşısını alıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) informasiya təhlükəsizliyi ixtisasının 2-ci kurs tələbəsi Hüseyn Qadaşov NASA-nın saytında xəta olduğunu aşkarlayaraq, quruma bu barədə rəsmi məlumat verib.

Metbuat.az xəbər verir ki, UNEC-dən AZƏRTAC-a bildirilib ki, NASA tələbənin bildirişindən sonra xətanı aradan qaldırıb. H.Qadaşovun tapdığı boşluqda saytın error mesajindan sonra NASA-nın SQL bazası, server və drayver haqqında məlumatları əks olunurdu. Boşluq daxilindəki məlumatları əldə edən məkrli şəxslər NASA-nın infrastrukturu və serverlərinə qarşı təhlükə yaradaq, haker hücumları törədə bilərdilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR