"Münaqişənin gərginləşməsinə səbəb olmaq üçün hər şey edirlər" -

“Baltikyanı ölkələr münaqişənin gərginləşməsinə səbəb olmaq üçün hər şey edir”.

Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov belə deyib. O bildirib ki, Baltikyanı ölkələr aqressiv mövqe sərgiləyirlər.

"Baltikyanı ölkələrin və Polşa nümayəndələrinin kifayət qədər aqressiv davranışlarını görürük. Onlar yəqin ki, münaqişənin qızışması üçün hər şeyi etməyə hazırdırlar. Onların münaqişənin fəsadlarını düşünmədən davranış sərgiləyirlər. Avropanın aparıcı dövlət rəhbərlərinin bu şəraitdə sabitləşdirici rol oynamaması təəssüf doğurur”, - Peskov bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR