Milli Mənafe Təşkilatının təsis qurultayı keçirilib -

Milli Mənafe Təşkilatının təsis qurultayı keçirilib. Qurultay Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilib.

Metbuat.az xəbər verir ki, daha sonra Azərbaycanın ərazi bütövlüyü, azadlığı və milli dəyərləri uğrunda canından keçən şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilib.

Təsisçilərdən olan Nurel Kərim təşkilatın məqsəd və məramlarını auditoriyanın diqqətinə çatdırıb. Daha sonra idarə heyətinə namizədlər irəli sürülüb. Nurel Kərim, Manaf Talıbov, Zabit Cəlilov, Röya Quliyeva, David İbadov səs çoxluğu ilə təşkilatın idarə heyətinə seçilib.

Daha sonra İdarə Heyətinin səsverməsi nəticəsində Nurel Kərim yekdilliklə təşkilatın sədri, Manaf Talıbov sədr müavini seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR