Vətən müharibəsi şəhidinin bacısı faciəvi şəkildə

Bakıda gənc qız faciəvi şəkildə ölüb.

Metbuat.az xəbər verir ki, hadisə Naximov küçəsi 37 ünvanında qeydə alınıb. Belə ki, 20 yaşlı Məmmədova Aytən Xalid qızı yaşadığı binanın 4-cü mərtəbəsindəki mənzilin eyvanından yıxılıb.O, aldığı xəsarətlərdən yerində ölüb.

Qeyd edək ki, Aytən Məmmədova Vətən müharibəsi şəhidi Rəcəb Məmmədovun bacısıdır.

Rəcəb Məmmədov Vətən müharibəsi başlayan ilk gündən könüllü olaraq cəbhəyə döyüş bölgəsinə gedib. 06.10.2020-ci ildə Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində şəhidlik zirvəsinə ucalıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR