İşləmək adı ilə evdən çıxdı -

Qusarda 53 yaşlı kişi bir aydır itkin düşüb.

Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, bildirilib ki, rayon ərazisində yaşayan 53 yaşlı Feyruz Muradov 2022-ci il dekabrın 31-də yaşadığı ünvandan Bakı şəhərinə işləmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

"Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Qusar Rayon Polis Şöbəsinə (023) 385 22 22 şəhər və (070) 743 33 37 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR