Netanyahu İrana hücumla bağlı açıqlama verdi

İsrailin Baş naziri Benyamin Netanyahu İrana hücumun arxasında Təl-Əvivin olub-olması barədə suala konkret cavab verməyib.

Metbuat.az xəbər verir ki, Netanyahu CNN-ə açıqlaması zamanı İsrailin İranın silah proqramına qarşı bəzi tədbirlər gördüyünü təsdiq edib. Lakin Netanyahu İsfahandakı zavoda hücumun arxasında İsrailin olub-olmadığını nə təsdiq nə də təkzib edib.

İsrailin Baş naziri Benyamin Netanyahu İsfahanda hərbi zavoda endirilən zərbə ilə bağlı belə açıqlama verib.

“Mən heç vaxt konkret əməliyyatlar barədə danışmıram. Hər dəfə Yaxın Şərqdə partlayış olanda İsrail ittiham edirlər. Bəzən bizik, bəzən yox.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR