DSX rəisi İsrailin müdafiə naziri ilə telefonla danışıb

Azərbaycan və İsrail arasında sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

Metbuat.az-a Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən məlumata görə, fevral ayının 1-də Azərbaycanın DSX rəisi general-polkovnik Elçin Quliyev və İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı olub.

Telefon əlaqəsi zamanı general-polkovnik Elçin Quliyev yeni vəzifəyə təyin olunması münasibəti ilə Y.Qallantı təbrik edib.

Tərəflər mövcud əlaqələrin yüksək səviyyədə olmasını vurğulayaraq qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini müzakirə edib, ölkələrimiz arasında təhlükəsizlik və sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR