​Türkiyənin İraqdakı hərbi bazasına hücum oldu

Türkiyənin İraqdakı hərbi bazasına hücum olub.

Metbuat.az NTV-yə istinadən xəbər verir ki, hücuma məruz qalan Başika bazasına zərər dəyməyib. Raketlər bazanın ətrafına düşüb. Məlumata görə, Musul yaxınlığında yerləşən hərbi bazaya bir neçə raket atılıb. Hücumun hansı qüvvələr təşkil edildiyi məlum deyil. Qeyd edək ki, Türkiyə ordusuna məxsus hərbi baza bundan əvvəl də oxşar hücumlara məruz qalmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR