Romantik rəqs edən nişanlı cütlük barədə ağlasığmaz qərar verildi -

İran məhkəməsi 20 yaşlarında olan Astiyazh Haghighi və nişanlısı Əmir Məhəmməd Əhmədinin sosial şəbəkədə paylaşdığı romantik rəqs videosu barədə ağlasığmaz qərar verib.

Metbuat.az xəbər verir ki, məhkəmə Azadi qülləsinin qarşısında rəqs edən cütlüyün hər birinə 10 il 6 ay cəza verib. Onlar “milli təhlükəsizliyə xələl gətirmək üçün toplaşmaq” və “korrupsiyanı və fahişəliyi təbliğ etməkdə” ittiham edilib.

Qeyd edək ki, cütlüyün instaqramda paylaşdığı video izlənmə rekordları qırıb. Qızın rəqs zamanı başı açıq olub.

Qadınlara qarşı çox sərt qaydaların tətbiq edildiyi İranda qadınların kişi ilə və ya tək başına rəqs etməsi qadağandır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR