Ərdoğan Kılıçdaroğluna:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilər ərəfəsində müxalifəti tənqid edib.

Metbuat.az "TRT Haber"ə istinadən xəbər verir ki, o, partiyasının parlament fraksiyasının toplantısında qeyd edib ki, Türkiyədə müxalifətin məqsədi iqtidar olmaq deyil, müxalifətdən düşməməkdir:

"6 partiyanın ortaq siyasət mətni bu partiyalara ümid bağlayanlar üçün çox kədərləndirici oldu. Bütün kəsimlərə salam, PKK və FETÖ-yə mesaj verirlər. Təkcə əziz millətimizə salam verməyiblər. Yunanıstana da salam verirlər. Ölkənin hər bir işində olduğu kimi, müxalifət namizədlik şüarını tapmaq da öz əlimizdədir. Cənab Kamal bu ifadəni çox bəyəndiyi üçün ona bundan sonra istifadə edəcəyi yeni şüarı verim: Bay-bay, Kamal. Müəlliflik haqqı da tələb etmirik, halal xoşu olsun", - deyə Ərdoğan söyləyib.

Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkilərinin bu ilin iyun ayında deyil, mayında keçirilməsi planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR