Fransadakı etirazlara 1 milyondan çox insan qatıldı -

Fransada Makron administrasiyasının pensiya islahatına qarşı ölkənin bir sıra şəhərlərində etirazlar keçirilib.

Metbuat.az xəbər verir ki, paytaxt Parisdə baş verən nümayişlərə polis müdaxilə edib. Çox sayda etirazçı nəzarətə götürülüb. Məlumata görə, pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatına qarşı tətildə 1 milyondan çox insan iştirak edib. Tələbələr oturaq aksiya keçiriblər. Ren, Monpelye, Lion və Marsel kimi şəhərlərdə də etiraz aksiyaları keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR