Gənclər günü ilə əlaqədar endirimli biletlər satışa çıxarılır -

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2 fevral - Gənclər Günü ilə əlaqədar "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün endirimli biletləri satışa çıxarır.

BŞH-dan Metbuat.az-a verilən məlumata görə, bu il daha çox yerli gəncin yarış həyəcanını yaxından yaşaması üçün keçirilən kampaniya çərçivəsində tribuna biletləri 50% endirimlə təklif olunur. Bu, yalnız tələbələr üçün nəzərdə tutulub və biletlər məhdud saydadır.

Bundan başqa, sözügedən kampaniya Azərbaycan vətəndaşlığına və ya rezident statusuna sahib tələbələrə şamil olunur. Onlar tələbə kartını təqdim edərək bu endirimdən yararlana bilərlər.

Endirimli biletləri yalnız aşağıdakı satış məntəqələrindən hərəyə 1 ədəd olmaqla əldə etmək olar:

“28 Mall” Ticarət Mərkəzi
“Gənclik Mall” Ticarət Mərkəzi
Heydər Əliyev Sarayı
Köşk №1 (M.Rəsulzadə 3)
Köşk №2 (Bül-bül prospekti, Nizami küç.)
1 saylı "ASAN xidmət” mərkəzi
2 saylı "ASAN xidmət” mərkəzi
3 saylı "ASAN xidmət” mərkəzi
4 saylı "ASAN xidmət” mərkəzi
Sumqayıt "ASAN xidmət" mərkəzi

Endirim kampaniyası fevralın 5-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 apreldə baş tutacaq və Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR