PSJ-yə pis xəbər -

"Bavariya" ilə oyun öncəsi PSJ ciddi itkilərlə üzləşib.

Metbuat.az xəbər verir ki, Liqa 1-in 21-ci turunda "Monpelye” ilə qarşılaşma zamanı (3:1)Serxio Ramos və Kilian Mbappe zədələniblər. Onların hər ikisi oyunun ilk hissəsində əvəzləniblər.

Ramosun ayaq əzələsindən, Mbappenin isə dizindən zədə aldığı bildirilir. Məlumata görə, Mbappenin "Bavariya" ilə oyunu buraxa biləcəyi deyilir. Ramosun isə daha tez sağalacağı güman edilir.

Qeyd edək ki, PSJ fevralın 14-də Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR