Buraxılış imtahanları kompüterlə keçiriləcək? -

"Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil".

Metbuat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O, bildirib ki, buraxılış kütləvi imtahan olduğu üçün həmin imtahaları yalnız kompüterlə keçirmək gələcək 5 ildə mümkün deyil: "Nəzərə almaq lazımdır ki, sözügedən imtahanlarda 130 mindən çox insan iştirak edir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR