İrandan açıqlama: Hücumun arxasında İsrail var

İran İsfahan şəhərindəki hərbi obyektə pilotsuz təyyarələrlə hücuma görə İsrailin məsuliyyət daşıdığını bəyan edib.

Metbuat.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Səid İrevani BMT-nin baş katibi Antonio Quterreşə yazdığı məktubunda qeyd edib. O bildirib ki, İranın bu hücuma cavab vermək hüququ var. İrevani məktubunda qeyd edib ki, yanvarın 28-də İsfahan şəhərində hərbi obyektə hücumla bağlı aparılan ilkin araşdırmalar hücumun arxasında İsrailin olduğunu göstərib.

Hücumun beynəlxalq hüquqa zidd olduğunu bildirən İrevani deyib ki, İranın öz milli təhlükəsizliyini müdafiə etmək və sionist rejimin hər hansı təhdidinə lazım bildiyi vaxt və yerdə qəti şəkildə cavab vermək qanuni haqqıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR