“Hamımız Ukraynadakı münaqişənin bitməsini istəyirik. Qərbin Kremlin danışıqları rədd etməsi ilə bağlı açıqlamaları yalandır”.
Metbuat.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. O Rusiyanın dövlət televiziyasına açıqlamasında bildirib ki, Qərb Ukraynaya silah göndərməyə davam edir. “Rusiya buna düşmənlərini öz sərhədlərindən daha da uzaqlaşdırmaqla cavab verəcək” deyən Lavrov, silah dəstəyinin müharibənin gedişatına təsir etdiyini ifadə edib. Lavrov Rusiyanın mövcud vəziyyətdən daha güclü çıxacağını irəli sürüb.
Lavrov həmçinin ABŞ-ı “Şimal axını” boru kəmərlərində baş verən partlayışlarda birbaşa rol oynamaqda ittiham edib.