Dünya üzrə klubların reytinqi açıqlandı -

"Qarabağ" dünyanın ən yaxşı 66-cı klubudur.

Metbuat.az-ın məlumatına görə, bu, Opta statistika platformasının tərtib etdiyi siyahıda öz əksini tapıb.

"Köhlən atlar" Portuqaliya "Braqa"sı və Braziliya "Flamenqo"su ilə birlikdə 84,3 reytinq xalına malikdir.

Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" (76,8) 256-cı, "Sabah" (76) 287-ci, "Zirə" (72,9) 540-cı, "Qəbələ" (71,3) 693-cü, "Turan Tovuz" (66,8) 1321-ci, "Şamaxı" (66,4) 1407-ci, "Sumqayıt" (65,5) 1575-ci, "Kəpəz" (64,6) 1759-cu, "Səbail" (63,9) isə 1896-cıdır.

13 500 komandanın yer aldığı cədvələ Almaniya təmsilçisi "Bavariya" (100) başçılıq edir. İngiltərənin "Mançester Siti" klubu (98,9) ikinci, "Liverpul" komandası isə (95,6) üçüncü pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR