Deputat direktor təyin edilə bilər? -

Xəbər verdiyimiz kimi, Naxçıvanda 12 nömrəli məktəbə Naxçıvan MR-in deputatı Turan Məmmədli direktor təyin edilib.

Metbuat.az xəbər verir ki, direktorla müəllimlər arasında qalmaqal yaşanıb. Müəllimlər bildirirlər ki, yeni direktor onların dərs saatlarını azaldıb.

Bəs, görəsən, deputat direktor kimi fəaliyyət göstərə bilirmi? Qanunlar nə deyir?

Konstitusiyada bu məqama aydınlıq gətirilib. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 89-cu maddəsində qeyd edilib ki, deputat dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda deputatlıq səlahiyyətini itirir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 19-cu maddəsində isə bildirilib ki, deputat icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq etdikdə, din xadimi olduqda, başqa ödənişli fəaliyyətlə məşğul olduqda deputatlıq səlhaiyyətini itirir. Lakin hər iki maddə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətini istisna edir.

Bu o deməkdir ki, deputat direktor kimi fəaliyyət göstərə bilər.

Turan Məmmədli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR