Umayra Tağıyeva işdən çıxıb

13:37 19 Yanvar 2015
214 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 13:34 ]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsi Asif Verdiyevə həvalə edilib

Bakı. Könül Kamilqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva işdən azad olunub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, Umayra Tağıyevanın işdən çıxmasının səbəbi bəlli deyil. Onun sözlərinə görə, U.Tağıyeva yanvarın 16-da öz ərizəsi ilə işdən çıxıb.

 

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsi ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevə həvalə olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369582

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR