İsraildə azərbaycanlı gəncdən böyük qəhrəmanlıq -

Azərbaycanlı gənc İsraildə qəhrəmanlıq göstərib.

Metbuat.az xəbər verir ki, İsraildə hərbi xidmət keçən Cəlal Hüseynov Prezident sarayına təşkil edilən böyük terror cəhdini tək başına dəf edib.

Cəlalın anası Nüşabə xanım da ASAN Xidmət-də çalışır. Onun sözlərinə görə, oğlu silahsız, qol gücünə terrror cəhdinin qarşısını alıb. Bu xəbər də İsrail Prezidentinə çatıb. Bundan sonra isə Nüşabə xanım yanvar ayında dövlət başçısının şəxsi dəvəti ilə xüsusi təyyarə reysi ilə İsrailə səfər edib.

Qeyd edək ki, Cəlal Hüseynov hazırda İsraildə hərbi xidmət keçir. O bildirib ki, xidməti başa vurduqdan - 1 il 2 ay sonra Azərbaycana qayıdacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR