İllərdir axtarışda olan şəxs restoranda müdir işləyirmiş -

16 ildir axtarışda olan italyan mafiyasının çox saylı qətllər törətmiş üzvü Edqardo Greko Fransada saxlanılıb.

Metbuat.az xəbər verir ki, İnterpolun verdiyi açıqlamaya görə, İtalyan mafiyası adına çoxsaylı qətllər törətməkdə günahlandırılan 63 yaşlı Greko Sent-Etyen şəhərindəki restoranda aşpaz işləyirmiş. Grekonun İtaliyanın cənubundakı Kalabriya bölgəsindəki ən güclü mafiya təşkilatı olan “Ndranghetan”ın üzvü olduğu güman edilir. 1990-cı illərə damğasını vuran mafiya müharibələrində törədilən bir neçə cinayətə görə ömürlük həbs cəzasına məhkum edilən Greko "təhlükəli qaçaq" kimi xarakterizə edilirdi.

Fransa polisinin bildirdiyinə görə, Greko ölkədəki bir neçə italyan restoranında saxta sənədlə çalışıb. 2021-ci ildə isə o, Sent-Etyendə pizza restoranı işlədib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR