Cəsus şarı bu dəfə Kanada səmalarında müşahidə edildi

ABŞ-dan sonra Kanadada da cəsus şarı müşahidə edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Kanadanın Milli Müdafiə Nazirliyi məlumat verib. Bildirilir ki, yüksək hündürlükdə uçan şar aşkar edilib və onun hərəkətləri Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı tərəfindən fəal şəkildə izlənilir. Bəyanatda deyilir ki, şarın Kanada xalqı üçün təhlükəsi yoxdur. Kanada mümkün ikinci oxşar hala qarşı hava məkanının təhlükəsizliyini gücləndirmək üçün əlavə tədbirlər görür. Məlumatda qeyd edilir ki, Kanadanın kəşfiyyat agentlikləri ABŞ tərəfdaşları ilə birgə işləyir və Kanadanın həssas məlumatlarının xarici kəşfiyyat təhdidlərindən qorunması üçün bütün lazımi tədbirləri görülür. Qeyd edək ki, cəsus şarı ABŞ-ın şimalında da görünüb.

Onun Çinə məxsus olduğu bildirilir. Pentaqon sözçüsü Patrik Rayder bildirib ki, şar sərnişin təyyarələrindən xeyli yüksəklikdə uçur və yerdəki insanlar üçün heç bir hərbi və ya fiziki təhlükə yaratmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR