Cavid Allahverdiyev qəfil

Azərbaycan Autizm Assosiasiyasının Baş katibi Cavid Allahverdiyev vəfat edib.

Metbuat.az xəbər verir ki, o, gecə saatlarında qəfil dünyasını dəyişib.

Məlumata görə, 42 yaşında C.Allahverdiyevin vəfatına onun səhhətində yaranan ani narahatlıq səbəb olub.

Qeyd edək ki, Cavid Allahverdiyev 17 fevral 1981-ci ildə Bakıda anadan olub. O, 2004-cü ildən güləş üzrə hakimliyə başlayıb. 2009-cu ildən sərbəst güləş üzrə Birinci dərəcəli hakim kimi fəaliyyət göstərib. Bir sıra idman jurnallarında da çalışan C.Allahverdiyev 2015-ci ildən Azərbaycan Mətbuat Şurasının üzvü idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR