"Qarabağ"dan gedən Kadidən

"Qarabağ"dan Rusiya "Krasnodar"na keçən Kadi Borges zədələnib.

Metbuat.az xəbər verir ki, braziliyalı futbolçu Qış Kuboku turnirində "Soçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyunda sıradan çıxıb.

Belə ki, ayağıdan xəsarət alan 27 yaşlı yarımmüdafiəçi zədəsinin ciddi olmadığını bildirib: "Ağrı var, amma düşünürəm ki, tezliklə oynamağa hazır olacağam. Bilirəm ki, kifayət qədər çətin liqada oynamalıyam. Buna hazıram", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR