Şamaxıda ətin qiyməti düşüb

Şamaxıda ətin qiyməti düşüb
13:37 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Respublika ərazisində, o cümlədən bölgələrdə ətin qiymətində ucuzlaşmalar müşahidə olunur.  Şamaxıda da dana ətinin satışında qiymət aşağı düşüb.

"KANAL S" (Region TV) xəbər verir ki, qiymət ucuzluğu artıq 3 gündür ki, müşahidə olunur. Bir ay bundan öncə  dana əti rayonda 7-6 manata satılırdısa, hazırda bu qiymət 5-6 manata düşüb. Alıclar da ətin ən ucuz satıldığı mağazalara üz tuturlar.

Rayon mərkəzi bazarında və bəzi kəsim yerlərində qiymətlər stabil olaraq 6 manatdan satılsa da, elə yerlər də var ki, dana əti alıcılara 5 manatdan təqdim olnur. Satıcılar satışdan, alıcılar isə ucuz qiymətdən razıdırlar. Bəzi satıcılar  kəsdikləri hevanları özləri saxlayır və qiyməti də bu cür tənzimləyirlər. Səhər kəsilən dana artıq günortaya qədər satılır. Hər mağaza gün ərzində 100-200 kq ət satır. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR