Emrahın gəlini ilə bağlı yeni məlumat: "Zaqataladandır..." -

Türk müğənni Emrahın oğlu Tayfun Erdoğanın nişanından sonra sosial şəbəkələrdə bir sıra iddialar yayılıb.

Belə ki, Tayfunun mərasimdə “Yaşa Azərbaycan” mahnısına oynaması gəlinin azərbaycanlı olduğunu düşündürüb. Bundan əlavə iddia edilib ki, adını Eda İrap kimi qeyd edən xanım həqiqətən də azərbaycanlıdır, əsl adı isə Elnarədir.

Metbuat.az olay.az-a istinadən xəbər verir ki, izləyicilər tərəfindən daxil olan məlumatda isə bildirilib ki, Tayfunun nişanlısı Zaqataladandır, bu da üçüncü evliliyi olacaq.

Həmçinin peşəsini jurnalist kimi vurğulayan Eda səhifəsində bir müddət əvvəl Sevil və Sevinc Səfərovaların “Sevdiyim adam” mahnısını paylaşıb.

Lakin Tayfun özü TikTok canlı yayımında gələcək xanımının Bursadan olduğunu bildirib.

Hər iki tərəflə də əlaqə saxlanılıb. Amma bütün bu iddialarla bağlı suallar cavabsız qalıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR