Sumqayıtda vəkil intihar etdi

Sumqayıtda vəkil intihar edib.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, vəkil Vüsal Mirzəyev Sumqayıtda yaşadığı binanın qarşısında özünü qaz borusundan asıb.

V.Mirzəyev Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.

Faktı Azərbaycan Vəkillər Kollegiyası təstiq edib.

Xatırladaq ki, V. Mirzəyev bir müddət əvvəl yol qəzası törətməkdə təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilmişdi. Ötən il Sumqayıt Apellyasiya Məhkəməsi qərarı ləğv edərək onun barəsində bəraət hökmü çıxarıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR