"Qarabağda dağıdılmış tikililəri görmək dəhşətlidir"

Qarabağı, azad olunmuş əraziləri gəzərkən dağıdılmış tikililəri görmək dəhşətlidir. Bu səyahət mənə böyük təcrübələr qazandırdı. Dağıntıları kənara qoysaq, bu bölgənin möhtəşəm təbiəti və gözəl mənzərələri var.

Metbuat.az xəbər verir ki, bunu Qarabağda səfərdə olan britaniyalı səyyah Ceni Bojak deyib.

Bojak bildirib ki, doğum gününü Azərbaycanda qeyd etməsi onun üçün böyük sevincdir:

“Əminəm ki, bu ərazilər qışda olduğu kimi, yayda da gözəl olur. Laçında bərpa işlərinin aparıldığını görürük. İnanıram ki, gələcəkdə bura daha gözəl olacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR