Ceyhun Bayramov Mövlud Çavuşoğlunu təbrik etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı tviterdə bildirib.

Nazir bildirib ki, bu gün, qardaş Türkiyənin xarici işlər naziri dostu və həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı 55 yaşının tamam olması münasibətilə onu ürəkdən təbrik edib:

"Əziz qardaşıma yeni yaşında möhkəm cansağlığı, fəaliyyətində davamlı uğurlar arzuladım", - deyə C. Bayramov qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR