Türkiyədəki zəlzələ Suriyaya da çatdı -

Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyindən bildirilib.

Bildirilib ki, zəlzələ nəticəsində 639 nəfər xəsarət alıb.


09:51

Suriyada da zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı artıb.

Metbuat.az KİV-ə istinadən xəbər verir ki, Suriyanın Türkiyə ilə sərhəd yaşayış məntəqələrindən olan Azaz və Əl-Bab şəhərlərində ölənlərin sayı 100-ü keçib.

Zəlzələ nəticəsində xəsarət alanlar isə 334 nəfərdir.


09:17

Suriyanın şimalında zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, zəlzələ nəticəsində 42 nəfər ölüb, 200 nəfər yaralanıb.

Qeyd edək ki, Türkiyədə qeydə alınan 7.4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR