6 ölkəni bürüdü: 500-dən çox ölü, 3000 yaralı var /

Türkiyədəki zəlzələ region ölkələrində də hiss edilib.

Metbuat.az xəbər verir ki, episentri Qəhrəmanmaraş vilayətində yerləşən 7,4 bal gücündəki zəlzələ Livan, Misir, İraq, Suriya və Kiprdə də hiss edilib. Türkiyədə 7 vilayətdə fəsadlar törədən zəlzələ nəticəsində azı 284 nəfər həyatını itirib. 2323 yaralı var. Suriyanın şimalında isə 240-ə qədər insan həyatını itirib. 600 yaralı var. Türkiyədə və Suriyada bir sıra binalar dağılıb. Dağıntılar altında qalanlar var.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR