3 gün əvvəl zəlzələnin gücünü və yerini dəqiq demişdi -

“Bu zəlzələnin baş verəcəyini deməkdən yorulduq. Amma heç kim diqqətə almadı”.

Metbuat.az xəbər verir ki, türkiyəli professor, geoloq Naci Görür Qəhrəmanmaraşda baş verən rixter cədvəli üzrə 7,4 bal gücündəki zəlzələdən danışarkən belə deyib. O bildirib ki, fevralın 3-də Osmaniyada baş verən rixter cədvəli üzrə 4,2 bal gücündəki zəlzələdən sonra Qəhrəmanmaraşda güclü yeraltı təkanın ola biləcəyi barədə xəbərdarlıq edib. O sosial media hesabında yazıb:

“Dostlar, çox təəssüf edirəm, Maraşın Pazarcık bölgəsində 7,5 bal gücündə zəlzələ oldu. İnşallah itkilərimiz daha az olar. Geoloqlar olaraq bu zəlzələ barədə xəbərdarlıq etməkdən yorulduq. Heç kim dediklərimizə reaksiya vermədi”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR