Salyanda gənc qızı qaçıran şəxslər

Salyanda gənc qızı qaçıran şəxslər saxlanılıb.

Metbuat.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bu barədə məlumat verib.

Onun sözlərinə görə, fevralın 3-də günorta saatlarında Salyan Rayon Polis Şöbəsinə rayonun Kürsəngi kəndi ərazisində Yolüstü kənd sakini olan bir qızın iki nəfər tərəfindən qaçırılması barədə məlumat daxil olub.

Şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə qeyd edilən hadisəni törədən rayonun Yeni Uluxanlı kənd sakinləri Z.Səfərli və M.Hüseynov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR