Azərbaycanda güclü zəlzələ gözlənilir?

"Yaxın günlərdə Azərbaycanda güclü zəlzələnin başvermə ehtimalı yoxdur"

Metbuat.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyədəki zəlzələ öıkəmizdəki zəlzələ ocaqlarını oyada bilməz: "Bu uzaqlıqda baş verən zəlzələ ölkəmizdəki zəlzələ ocaqlarını oyada bilməz. Baxmayaraq ki, Azərbaycanda hər gün yeraltı təkanlar qeydə alınır. Lakin çoxu hiss olunmur. Odur ki, yaxın günlərdə ölkədə güclü təkanların olması gözlənilmir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR