Paşinyan Türkiyəyə başsağlığı verdi

Türkiyə və Suriyada baş verən zəlzələ ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyan bu ölkələrə başsağlığı verib.

Metbuat.az erməni mətbuatına istinadən xəbər verir ki, baş nazir Ermənistanın yardım göstərməyə hazır olduğunu deyib:

"Türkiyə və Suriyada baş verən və çoxlu insan tələfatı ilə nəticələnən dağıdıcı zəlzələ xəbəri məni çox kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Ermənistan yardım göstərməyə hazırdır", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR