"Bir neçə saat sonra əşyalarımızı almaq üçün evə qalxanda artıq evin tamamilə parçalandığını, betonların ayrıldığını gördüm"'.
Bunu Metbuat.az-a Kahmramanmaraş Sütçü İmam Universitetinin müəllimi və doktorantı olan azərbaycanlı tələbə Həmran Əmirli deyib. O, zəlzələ anından danışarkən qeyd edib ki, hazırda dağıntılar həddən artıq çoxdur.
"Zəlzələ səhər saat 04:17 radələrində baş verib. Kahramanmaraşın Pazarcık adlı bölgəsi mərkəz idi. Həmin zaman evdəyik və zəlzələnin davam etdiyi 2 dəqiqəyə yaxın evdə təhlükəsiz bölgədə dayandıq. Bundan sonra isə aşağı düşdüm. Bir neçə saat sonra əşyalarımıza almaq üçün evə qalxanda artıq evin tamamilə parçalandığın, betonların ayrıldığını gördüm. Vəziyyətə gəlincə, zəlzələ Türkiyənin bir çox bölgələrində - Qaziantep, Adana, Kilit, Hatay, Şanlıurfa, Diyarbakırda hiss olunub və dağıntılar var. Kahramanmaraşda dağıntılar həddən artıq çox olduğu üçün heç bir rəsmi statistika yoxdur. Şəhərin mərkəz tərəfində daha çox köhnə tikililər var idi və demək olar ki, tamamı yararsız vəziyyətə düşüb. Şəhərin yeni tikililər olan tərəfində də vəziyyət heç də yaxşı deyil. Hazırda burada işlər davam edir. Lakin zəlzələnin 10-a yaxın şəhərdə fəsadlar törətməsi çətinliklər yaradır".
Onun sözlərinə, Kahramanmaraşda azərbaycanlı tələbələr var. Səfirlik əlaqədədir, lazım olan evakuasiya tədbirləri həyata keçiriləcək:
"Burada qeydiyyatda olan 50-yə yaxın azərbaycanlı tələbə var. Amma ümumilikdə hazırda nə qədər azərbaycanlı tələbə var, onun barəsində dəqiq bir say yoxdur. Çoxu ilə əlaqə saxlamışıq, sağlamdırlar. Səhər tezdən Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova səfirliyin bütün lazımı dəstəyini göstəriciyini deyib. Səfirliklə əlaqədəyik, lazım olan evakuasiya tədbirləri də görüləcək", - deyə Həmran qeyd edib.
Qeyd edək ki, Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Son rəqəmlərə görə, 912 nəfər həlak olub, 5385 nəfər yaralanıb.