"Türkiyədəki zəlzələ sunidir, qəsdən törədilib" -

“Türkiyədə baş verən zəlzələnin təbii halda baş verməsi o qədər də real görünmür”.

Metbuat.az xəbər verir ki, siyasi ekspert Samir Hümbətov belə açıqlama verib. O hesab edir ki, zəlzələ süni müdaxilə ilə baş verə bilər.

“Hesab edirəm ki, hökumət tərəfindən baş vermiş fəlakətin araşdırılması həyata keçiriləcək” - siyasi ekspert Samir Hümbətov deyib.

Qeyd edək ki, episentri Qəhrəmanmaraş vilayətində yerləşən 7,7 bal gücündəki zəlzələ Livan, Misir, İraq, Suriya və Kiprdə də hiss edilib. Türkiyədə 10 vilayətdə fəsadlar törədən zəlzələ nəticəsində azı 912 nəfər həyatını itirib. 3 mindən çox yaralı var. Suriyanın şimalında isə 240-ə qədər insan həyatını itirib. 600 yaralı var. Türkiyədə və Suriyada bir sıra binalar dağılıb. Dağıntılar altında qalanlar var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR