"Ukrayna Türkiyənin yanındadır" -

Ukrayna prezidenti Volodimir Zelenskinin xanımı, birinci xanım Olena Zelenski Əminə Ərdoğana məktub ünvanlayıb.

Metbuat.az xəbər verir ki, ünvanlanan mesajda “Əminə Ərdoğan, biz sizinləyik və sizə hər cür kömək etməyə hazırıq” yazılıb.

Olena Zelenski mesajında “Öz faciəmizə baxmayaraq, bu gün düşüncələrimiz və dualarımız Türkiyənin yanındadır. Minlərlə insanın ölümü və iztirabları sözlə ifadə olunmayacaq qədər ağrıdır. Əminə Ərdoğan, biz sizinləyik və hər cür kömək etməyə hazırıq. Fəlakətdən zərər çəkənlərə başsağlığı verirəm. Ukrayna sizinlədir”, - deyə o bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR