Türkiyə sahillərində sunami təhlükəsi yoxdur

Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündəki zəlzələdən sonra Aralıq dənizinin şərq sahillərində sunami təhlükəsi yoxdur.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə edilməsi nazirliyindən açıqlama verilib.

Qeyd edək ki, episentri Qəhrəmanmaraş vilayətində yerləşən 7,7 bal gücündəki zəlzələ Livan, Misir, İraq, Suriya və Kiprdə də hiss edilib. Türkiyədə 10 vilayətdə fəsadlar törədən zəlzələ nəticəsində azı 912 nəfər həyatını itirib. 5 mindən çox yaralı var. Suriyanın şimalında isə 600-dən çox insan həyatını itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR