Daha bir türk ölkəsində zəlzələ baş verdi

Qazaxıstanın cənubunda 5,4 maqnitutada zəlzələ baş verib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 19:02-də qeydə alınıb. Təbii fəlakətin episentri Almatıdan 628 kilometr qərbdə olub. Mənbə 5 kilometr dərinlikdə yerləşib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR