"Putin Zelenskini öldürməyəcəyinə dair söz verib" -

İsrailin keçmiş baş naziri Naftali Bennet hakimiyyətdə olarkən Rusiya prezidenti Vladimir Putinlə 2022-ci ilin martında keçirilən görüşdən danışıb.

Metbuat.az xəbər verir ki, Ukrayna müharibəsi başlayandan sonra Moskvaya səfər edən Bennet bildirib ki,Putinlə görüş zamanı Ukrayna müharibəsi də müzakirə edilib. Görüş zamanı Putin ona Prezident Vladimir Zelenskini öldürməyəcəyinə dair söz verib:

“Putinlə görüş zamanı ondan “Zelenskini öldürməyi düşünürsünüzmü? deyə soruşdum. O mənə dedi ki, “Zelenskini öldürməyəcəyəm”. Yenə soruşdum. O, “Bir daha Zelenskini öldürməyəcəyəm” cavabını verdi”.

Bennetin sözlərinə görə, görüşdən sonra o Zelenskiyə zəng edərək, Putinin onu öldürməyəcəyini deyib. Bu vaxta qədər sığınacaqda gizlənən Zelenski ofisinə gedib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR