Bakıda zəlzələ qurbanları anılır

Bu gün səhər saatlarından etibarən Azərbaycan vətəndaşları Türkiyənin Bakıdakı səfirliyinin qarşısına gəlirlər.

Metbuat.az xəbər verir ki, paytaxt sakinləri səfirliyin qarşısına gələrək Türkiyədəki zəlzələdə həlak olan insanların xatirələrini anır, gül dəstələri düzürlər.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Təbii fəlakətlə əlaqədar Türkiyə 7 günlük matəm elan olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR