Sergey Şoyqu: "Eskalasiya gözlənilməz həddə çata bilər”

“ABŞ və onun müttəfiqlərinin hərəkətləri NATO ölkələrini xüsusi əməliyyat zonasında münaqişəyə cəlb edir. Beləliklə, eskalasiya gözlənilməz həddə çata bilər”.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, ABŞ və müttəfiqləri ağır hücum silahlarının tədarükü ilə Ukraynadakı müharibəni mümkün qədər uzatmağa çalışır: “Müttəfiqlər Ukraynanı Rusiya ərazilərini ələ keçirməyə çağırır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR