Zəlzələnin dəhşətli nəticəsi:

Türkiyədə baş verən zəlzələlər nəticəsində Ərəb qırılma xətti Anadolu qırılma xətti istiqamətində 3 metr hərəkət edib.
Metbuat.az xəbər verir ki, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun rəhbəri Karlo Doqlioni deyib. Onun sözlərinə görə, bu qırılma xətləri Aralıq dənzində ən təhlükəli bölgələrdən biridir.
“Qırılma xətlərinin hərəkəti nəticəsində Türkiyənin Ərəb lövhəsinə (Ərəb yarımadası ilə şimal hissəsini əhatə edən ərazi) doğru 3 metr yerini dəyişdirdiyi görünür. Təxminlərimizə görə, Ərəb qırılma xətti 150 kilometr boyunca 3 metrdən çox yerdəyişmə ilə aktivləşib. Hər şey bir neçə saniyə içində baş verdi və 7,8-7,9 ballıq zəlzələyə səbəb oldu”, - Doqlioni deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR